BDU-nun “YENİ Klub”u Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirib

20/02/2026

Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “YENİ Klub” 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dil – milli kimliyin elçisi” adlı tədbir keçirib.

BDU-nun Filologiya fakültəsinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov bildirib ki, mənəviyyatın formalaşmasında və inkişafında dil ən mühüm vasitədir. Bu baxımdan ana dilinin qorunması və inkişaf etdirilməsi hər bir vətəndaşın müqəddəs borcudur. Bütün bu məsələlərin vahid siyasət kimi əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərindən dilimizə qarşı formalaşdırdığı münasibət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizin saflığının qorunması hazırda prioritet istiqamət kimi müəyyən edilib.

Tədbirdə ana dilinin istifadəsi zamanı yol verilən nöqsanlar və onların aradan qaldırılması yollarına dair müzakirələr aparılıb.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026