BDU-nun yeni yataqxanasında tələbələr üçün bütün şərait yaradılıb

01/02/2021

Yanvarın 29-da Bakı Dövlət Universitetinin (BDU) yeni tələbə yataqxanasının - “Tələbə evi”nin açılışı olub. Açılışda Azərbaycan Respublikasının təhsil naziri, BDU-nun Himayəçilər Şurasının sədri Emin Əmrullayev və BDU-nun rektoru Elçin Babayev iştirak edib. Təhsil naziri yataqxanada tələbələr üçün yaradılan şəraitlə tanış olub.

Tələbələrin istifadəsinə hazır vəziyyətə gətirilən 5 mərtəbəli, 220 yerlik “Tələbə evi” həm əcnəbi, həm də yerli tələbələr üçün nəzərdə tutulub. Yataqxanada 104 standart tələbə otağı və 2 qonaq otağı mövcuddur. “Tələbə evi”ndə müasir standartlara cavab verən şərait yaradılıb, otaqlar zəruri mebel, məişət avadanlıqları, istilik sistemi ilə təmin olunub. Burada zəruri ədəbiyyat və əyani vəsaitlərlə təchiz edilmiş kitabxana - oxu zalı, iclas otağı, asudə vaxt otağı, mətbəx, camaşırxana, bütün zəruri avadanlıqlarla təchiz edilmiş yeməkxana fəaliyyət göstərəcəkdir. Yataqxananın həyətində idman avadanlıqları quraşdırılıb, istirahət guşəsi yaradılıb, ağac və kollar əkilb. Eyni zamanda yataqxanada ilkin tibbi yardım məntəqəsi də təşkil edilib və tibb məntəqəsi zəruri avadanlıq və dərmanlarla təmin olunub. Yataqxana ərazisində təhlükəsizliyə kameralarla müntəzəm nəzarət ediləcəkdir.

Hər mərtəbədə 24 ikinəfərlik və 2 üçnəfərlik otaq nəzərdə tutulmuşdur. Otaqlar hər bir tələbə üçün fərdi, xüsusi dizayna və rəngə malik stol, stul, müasir yataq mebeli və qarderobla təmin olunmuşdur. Hər mərtəbədə iki mətbəx və iki məişət otağı mövcuddur. Mətbəxdə tələbələrin rahatlığının təmin olunması üçün soyuducular və digər zəruri avadanlıqlar yerləşdirilib. Mərkəzi istilik sistemi  ilə təchiz edilmiş yataqxananın bütün mərtəbələrində və otaqlarda yanğın əleyhinə avadanlıqlar quraşdırılıb, eyni zamanda “Tələbə evi” yüksək sürətli internet şəbəkəsi ilə təchiz olunub.


Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024