BDU-nun yetirməsi Kastamonu Universitetinin professoru olub

11/01/2018

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində çalışmış, hazırda Kastamonu Universitetinin müəllimi olan Vüsalə Musalı adəçəkilən universitetdə professor adı alıb.

Gənc professor BDU-nun rektoru, akademik Abel Məhərrəmova bu uğuru ilə bağlı məktub ünvanlayıb. O, məktubda uğurlarını BDU-ya bağlayır: “Bu günlərdə çalışdığım Türkiyə Cümhuriyyəti Kastamonu Universitetində professor elmi adını almışam. Bu adı almağımda məzunu və əməkdaşı olduğum qocaman təhsil ocağının – Bakı Dövlət Universitetinin rolu böyük olub. Fəalliyyət göstərdiyim hər yerdə ölkəmizin, məzunu və əməkdaşı olduğum BDU-nun adını yüksəklərə qaldırmağa çalımışam. Bakı Dövlət Universitetinin rəhbəri olaraq Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayır, müəllimlərim və çox dəyərli kollektivimizə minnətdarlığımı bildiriəm”.

Qeyd edək ki, 1997-2001-ci illərdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi olmuş, 2004-2014-cü illərdə adıçəkilən fakültəsidə müəllim və dosent vəzifələrində çalışmış Vüsalə Musalının BDU-da çalışdığı müddətdə 5 monoqrafyası, 80-dən artıq məqalə və məruzəsi işıq üzü görüb.

https://fef.kastamonu.edu.tr/index.php/tr/menu-anamenu-bilgi-tr/menu-anamenu-tumhaberler-tr/616-oegretim-ueyemizi-tebrik-eder-basar-lar-dileriz

Mətbuat və informasiya şöbəsi, 11 yanvar 2018-ci il.

Xəbərlər

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov
17/12/2025

BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin Kompüter Elmi və Texnologiyası və Süni İntellekt məktəbləri ilə tanış olub

BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin Kompüter Elmi və Texnologiyası və Süni İntellekt məktəbləri ilə tanış olub
16/12/2025

BDU-da “İT sahəsində karyerana başla” adlı seminar keçirilib

BDU-da “İT sahəsində karyerana başla” adlı seminar keçirilib
16/12/2025