BDU-nun yubileyi olan bir neçə qocaman əməkdaşına Fəxri Fərman verilib

17/02/2023

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri, professor Əli Əhmədov, Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının dosenti Abuyəli Hüseyinli, Filologiya fakültəsinin Rus dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Hicran Quliyevanın 80, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Biomühəndislik elmi-tədqiqat laboratoriyasının müdiri, professor Ralfrid Həsənovun isə 85 yaşı tamam olub.

Rektor Elçin Babayev bu münasibətlə qocaman alimlərlə görüşüb. BDU-nun inkişafında xidmətləri olan alimlərin həmişə diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edən rektor onlara cansağlığı arzulayıb, daha sonra isə Fəxri Fərman və hədiyyələr təqdim edib.

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026