BDU-nun komandası çempion oldu

01/05/2017

Aprelin 29-da ali və orta ixtisas təhsili müəssisələrinin  tələbələri arasında Futbol üzrə VII Respublika çempionatı başa çatıb.

Final oyununda Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən oyun 2:1 hesabı ilə BDU-nin komandasının xeyrinə başa çatıb. ADBTİA-nın komandası ikinci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası isə üçüncü yeri qazanıb.

Daha sonra komandalar  kubok, medal  və qiymətli hədiyyələrlə təltif olunublar. Həmçinin, çempionatda fərqlənən iştirakçılar 5 nominasiya üzrə qiymətləndirilib.

Çempionat  Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illər üzrə fəaliyyət planına əsasən,  ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilib.

FİFA-nın mövcud qaydaları əsasında keçirilən oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunub.

Mətbuat və informasiya şöbəsi, 01 may 2017-cı il


Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026