BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2024
Avqustun 28-i saat 11:00-dan Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinə qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır. Qeydiyyat prosesi 6 sentyabr saat 18:00-dək davam edəcək.
Abituriyentlər portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xəbərlər
BDU-da ilk dərs günündən 107 il ötür
BDU-da ilk dərs günündən 107 il ötür
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
