BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2025
Avqustun 28-i saat 11:00-dan Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinə qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır. Qeydiyyat prosesi 8 sentyabr saat 18:00-dək davam edəcək.
Abituriyentlər portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan abituriyentlər tələbələr sırasına qəbul edilməyəcəklər.
Xəbərlər
BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”
BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”
