BDU-ya qəbul olunanların nəzərinə!

25/08/2026

Avqustun 28-də Bakı Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Abituriyentlər mygov ID (vahid giriş sistemi) vasitəsilə “mygov” rəqəmsal hökumət platformasındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat 8 sentyabr saat 18:00-da başa çatacaq.

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan abituriyentlər tələbələr sırasına qəbul edilməyəcəklər.

 

Xəbərlər

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
27/11/2026

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
27/11/2026

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
27/11/2026