Beşinci Bakı Yaponiya Mədəniyyət Festivalının 1-ci hissəsi keçirilib

20/04/2019

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının təşəbbüsü ilə Beşinci Bakı Yaponiya Mədəniyyət Festivalı təşkil olunub. Yaponiyanın Azərbaycandakı səfirliyi, Bakı Yaponlar Cəmiyyəti, Bakıda fəaliyyət göstərən İNPEX, TEPSCO şirkətlərinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə BDU-nun rektoru Elçin Babayev, Yaponiyanın Azərbaycandakı diplomatik missiyası rəhbərinin müavini Yamanaka Keisuke, səfirliyin diplomatları - Aşizuka Daici, Matsuiku Miko, Ohataki Mino, Usui Takaaki, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli, Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri İqbal Ağayev və digərləri iştirak ediblər.

Tədbirdə Yapon Mədəniyyəti Festivalının keçirilməsinin Azərbaycanda Yaponşünaslıq ixtisasının tədrisinin inkişafına müsbət təsirindən, o cümlədən Azərbaycanla Yaponiya arasındakı humanitar əlaqələrin daha da dərinləşməsinə təsirindən danışılıb.
Festivalın 1-ci hissəsində BDU, ADU, Yapon. az kursunun, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbələri, 245 saylı orta məktəbin şagirdləri  və Aikido, Kendo idman klublarının idmançıları mahnı, rəqs, tamaşalar, idman-döyüş hərəkətlərindən ibarət səhnəciklər nümayiş etdiriblər.
Qeyd edək ki, festivalin II hissəsi 27 aprel 2019-cu il tarixində, saat 09:30-dan 12:00-a qədər BDU-nun II Tədris binasının VI və VII mərtəbələrində keçiriləcək.


Mətbuat və informasiya şöbəsi, 20 aprel 2019-cu il.

Xəbərlər

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya
26/12/2025

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da
26/12/2025

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək
26/12/2025