Belarusiya Dövlət Universitetinin rektoru BDU-da olub - VİDEO

13/06/2014

Bugün Belarusiya Dövlət Universitetinin rektoru, Belarusiya elmlər akademisiyasının akademiki, texniki elmlər doktoru, professor  Ablameyko Sergey Vladimiroviçin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov universitet haqqında məlumat verib, onun beynəlxalq əlaqələrindən, üzvü olduğu qurumlardakı fəaliyyətindən danışıb.

BDU-nu klassik universitetlərdən biri kimi xarakterizə edən və bu ali təhsil ocağının Belarusiyada yaxşı tanındığını deyən Sergey  Vladimiroviç bu gün ölkəmizdə təhsil və tədris sahəsində aparılan işlərdən məmnun qaldığını bildirib. Tələbə mübadiləsinin zəruriliyi, birgə əməkdaşlığın, qarşılıqlı qrant layihələrinin həyata keçirilməsinin müzakirə olunduğu görüşün sonunda əməkdaşlıq protokolu imzalanıb. Akademik Abel Məhərrəmov imzalanmış protokolun universitetlərin gələcək əməkdaşlığı baxımından faydalı olacağını diqqətə çatdırıb.

Daha sonra qonaqlar universitetlə tanış olub, Heydər Əliyev muzeyi, elmi laboratoriyalara baxış keçiriblər.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 13 iyun 2014-cu il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026