Belçika səfiri Bakı Dövlət Universitetində olub

04/05/2018

Belçika Krallığının ölkəmizdəki səfiri Bert Skufs Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmov qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edərək ölkəmizdə elm-təhsil sahəsində həyata keçirilən layihələrdən, BDU-nun dünyanın ali təhsil müəssisələrinin nüfuzlu reytinq cədvəllərində ön sırada yer almasından, həmçinin universitetlər arasında beynəlxalq əlaqələrin möhkəmlənməsindən bəhs edib. Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladığını bildirən rektor, yubileyin yalnız Azərbaycanda deyil, UNESCO-nun dəstəyi ilə Parisdə, Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası, Avrasiya Universitetlər Assosiasiyası və bir sıra digər təşkilatlar tərəfindən qeyd ediləcəyini diqqətə çatdırıb. Akademik Abel Məhərrəmov Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini, təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Səfir Bert Skufs öz növbəsində təmsil etdiyi ölkənin universitetləri barədə məlumat verib, Bakı Dövlət Universiteti ilə elm-təhsil əlaqələrinin yaranmasında maraqlı olduğunu qeyd edib. BDU-da təhsil almaq üçün münbit şəraitin olduğunu deyən səfir  burada tələbələrin həm humanitar, həm də fundamental elmlər sahəsində təhsil almaq imkanlarını yüksək dəyərləndirib. Belçika universitetləri ilə əlaqələrin qurulmasına, birgə həyata keçiriləcək layihələrə dəstək olacağını söyləyib.

Görüşdə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə və Xarici tələblərlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 04 may 2018-ci il.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026