Belçikanın Avropa Kolleci BDU tələbələrinə təhsil proqramlarını təqdim edib

09/12/2016

Bakı Dövlət Universitetinin Karyera Mərkəzinin təşkilatçılığı ilə Belçikanın Avropa Kolleci və Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələri universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri ilə görüşüblər.

Tədbirdə təqdimat nitqi ilə çıxış edən Karyera Mərkəzinin nümayəndəsi Şahin Məmmədrzalı Mərkəzin fəaliyyət istiqamətlərini açıqlayıb, tələbə və məzunların karyera həyatında oynaya biləcəyi rolundan, xaricdə təhsil və karyera yönümlü əməkdaşlıq imkanlarının önəmindən bəhs edib.

Sonra Avropa Kollecinin Təbliği işlər və kadrlar üzrə məsul nümayəndəsi Mattia Fillipin tələbələrə təmsil etdiyi kollecin tarixini, təhsil proqramlarını təqdim edib, BDU məzunları üçün əlverişli olan təhsil şərtlərindən danışıb.

Fransa səfirliyinin universitetlərlə əlaqə üzrə məsul nümayəndəsi Baptiste Mignot tələbələrin xaricdə təhsil ilə bağlı olan suallarını cavablandırıb, ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Fransız İnstitutunun işindən danışıb. Müzakirələrin sonunda tələbələrin təklifləri əsasında BDU Karyera Mərkəzi ilə prioritet əməkdaşlıq istiqamətləri müəyyən edilib.

Mətbuat və informasiya şöbəsi, 9 dekabr 2016-cı il

Xəbərlər

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026