"Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyyələr" adlı təlim

13/02/2019

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə növbəti təlim təşkil olunub. BDU və “Clarivate Analytics” şirkətinin (öncə Tomson Reuters) əməkdaşlığı çərçivəsində baş tutan tədbiri Elmi-Tədqiqat Hissəsinin rəisi İzzət Əfəndiyeva açıb. BDU alimlərinin indeksli jurnallarda məqalə dərc etmələri ilə bağlı qarşılaşdıqları problemlərdən danışan İ.Əfəndiyeva, eyni zamanda, təlimin beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər haqqında məlumat verib.

“Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Lera Kurmakaeva isə  “Web of Science” platforması, əməliyyatları, resurslarla iş üzrə istiqamətlərin verilməsi, platformada axtarışın effektiv aparılması, müasir elmi jurnalların seçilməsi və qiymətləndirilməsi üzrə praktik tövsiyyələr, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarıb tapılması, çap olunacaq məqalələrə qoyulmuş tələblər, əlyazmanın tərtibatı,  elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və s. barədə məlumat verib.

Mətbuat və informasiya şöbəsi, 13 fevral 2019-cu il.



Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026