Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

21/02/2020

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin ana dili ilə bağlı fikirlərinin əks olunduğu videoçarx təqdim olunub.

BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva, Rektorun elmi işlər üzrə müşaviri Aydın Kazımzadə, Universitetin Dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov və tələbələrin çıxışları dinlənilib, Ana dilinin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs olunub.

Elmi kitabxananın direktoru Nigar İsmayılova Ana dilinin tarixi, saflığının qorunması haqqında danışıb, 1970-ci ildə BDU-nun 50 illik yubileyində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilində çıxışı ilə bu dilin dövlət əhəmiyyətli tədbirlərə yol açdığını vurğulayıb, Azərbaycan dilinin incəliklərindən, onun zəngin ifadə çalarlarından, potensial imkanlarından söz açıb.

Bədii hissə ilə davam edən tədbirdə Elmi Kitabxananın əməkdaşları Xəlilova Səlihət Bəxtiyar Vahabzadənin “Ana Dili”,  Mustafazadə Jalə isə Tofiq Bayramın “Ana Dilim” şeirlərini səsləndiriblər.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026