Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçiriləcəkdir

08/07/2021

Bakı Dövlət Universiteti və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi 9-11-ci sinifləri Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanda iştirak etməyə dəvət edir

14-cü Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası 2021–ci ilin noyabr ayında Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcəkdir. Ölkəmizi bu yarışda təmsil edəcək iştirakçıların seçilməsi məqsədi ilə Bakı Dövlət Universiteti və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ölkə üzrə seçim turunu elan edir. Olimpiadada 9-11-ci sinif şagirdləri iştirak edə bilərlər. Müsabiqəyə qeydiyyat www.olimpiada.edu.az saytında iyul ayının 8-dən 16-dək davam edəcək, birinci tur virtual formada 25 iyul tarixində keçiriləcəkdir.

Qeydiyyat linki

İki mərhələdən ibarət müsabiqənin final turu növbəti tədris ilinin əvvəlinə planlaşdırılıb. Yekun nəticədə qalib olan məktəblilər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət ediləcəklər.

Xatırladaq ki, ölkəmiz bu olimpiadaya 2007-ci ildən sonra ilk dəfə ötən tədris ilində qatılıb və iştirakçılar həvəsləndirici diplom və sertifikatlar ilə təltif olunublar.

Respublika üzrə keçirilən seçim turu fəlsəfə, məntiq, astronomiya, tibb və sair elmlərə dərindən bələd olmuş dünya şöhrətli şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuşdur.

https://olimpiada.edu.az/news

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026