Beynəlxalq biznes təlimçisi Rəşad Bayramov Jurnalistika fakültəsində olub

01/11/2017

Natiqlik və koorporativ kommunikasiya üzrə mütəxəssis, beynəlxalq biznes təlimçisi Rəşad Bayramovun BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü təşkil edilib. Tədbiri giriş sözü ilə açan dekan dosent Vüqar Əliyev qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib, R.Bayramovun yeni nəşr edilmiş “Sözünə güvən” adlı kitabı barədə qısa məlumat verib.

Daha sonra Rəşad Bayramov tələbələrlə fikirlərini bölüşüb, günümüzdə media dünyası, natiqlik sənəti kimi məsələləri dəyərləndirib, auditoriya qarşısında çıxışların prinsiplərini izah edib və tələbələrin suallarını cavablandırıb.

Tədbirdə iştirak edən BDU Tədris-Metodik Şurasının sədr müavini Vaqif Qasımov, professorlar  - Cahangir Məmmədli, Allahverdi Məmmədli, Alxan Məmmədov, dosentlər - Məti Osmanoğlu, Könül Niftəliyeva mövzu ilə bağlı münasibətlərini ifadə ediblər.

Tədbirin sonunda Rəşad Bayramov müəllifi olduğu  “Sözünə güvən” kitabını tələbələrə hədiyyə edib. Qeyd edək ki, “Sözünə Güvən” kitabı öz çıxışlarını daha cəlbedici, danışığını daha təsirli, fikirlərini daha yaddaqalan etmək arzusunda olan, karyerasında irəliləməyi hədəf seçmiş peşəkarlar üçün nəzərdə tutulub, eyni zamanda kitabda auditoriya qarşısında çıxışların on prinsipi izah edilib.

Mətbuat və informasiya şöbəsi, 01 noyabr 2017-ci il.

Xəbərlər

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib
29/06/2026

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır
29/06/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru
29/06/2026