“Beynəlxalq ekologiya hüququ” adlı dərslik çap olunub

29/10/2020

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyevin və Universitetin Hüquq Klinikasının rəhbəri, hüquq üzrə elmlər doktoru Turqay Hüseynovun həmmüəllifləri olduğu “Beynəlxalq ekologiya hüququ” (Международное экологическое право. Учебник. Москва, Проспект, 2020, 680 с.) dərsliyi rus dilində çap olunub. Kitabda Rusiya Federasiyasının tanınmış hüquqşünas alimlərinin, o cümlədən Kazan Federal Universitetinin, BDU-nun Hüquq fakültələrinin əməkdaşlarının da müəllif yazıları yer alıb.

Dərslik beynəlxalq ekologiya hüququ istiqamətində olan mühüm məlumatlar və ümumiləşdirmələr əsasında tərtib edilib. Dərslikdən müəllimlər, doktorantlar, elmi işçilər, hüquq üzrə təhsil alan tələbələr yararlana bilər.

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026