“Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr ” mövzusunda seminar keçiriləcək
08/02/2019
Bakı Dövlət Universitetinin Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə BDU və “Clarivate Analytics”şirkətinin əməkdaşlığı çərçivəsində 13 fevral 2019-cu il tarixində saat 11:00-da (Hüquq fakültəsi, 8 mərtəbə, 807-ci otaq) növbəti seminar keçiriləcək. “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr ” mövzusunda keçiriləcək seminarın məruzəçisi Lera Kurmakaeva olacaq.
Seminarda “Clarivate Analytics” (öncə Tomson Reuters) siyahısına daxil olan impakt faktorlu jurnallarda məqalələr dərc etmək istəyən bütün əməkdaşlar və doktorantlar iştirak edə bilərlər.
Qeyd edək ki, seminarda iştirak etmək istəyənlər mütləq Web of Science-da qeydiyyatdan keçməlidirlər.
Xəbərlər
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
