Beynəlxalq elmi-praktik forumun iştirakçıları BDU-da olublar

05/10/2018

Bakıda “Mədəniyyətlər dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda keçirilən beynəlxalq elmi-praktik forumun iştirakçıları Bakı Dövlət Universitetində olublar. Əvvəlcə rektor, akademik Abel Məhərrəmov Moskva şəhərinin İctimai və regionlararası əlaqələr komitəsinin sədr müavini, professor Yuriy Qoryaçov və Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin ilə görüşüb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan və Rusiya arasında bütün sferalarda, həmçinin elm və təhsil sahəsində görülən işlərdən bəhs edən rektor, akademik Abel Məhərrəmov, eyni zamanda, BDU-nun beynəlxalq əlaqələrindən danışıb, rəhbərlik etdiyi ali təhsil ocağının Rusiyanın bir sıra nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Uzun illərdir universitetin nəzdində Rus Mərkəzinin fəaliyyət göstərdiyini, rus dili və mədəniyyətinin təbliği, tədrisi istiqamətində görülən layihələri diqqətə çatdırıb.

Forumun əhəmiyyətindən danışan professor Yuriy Qoryaçov tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Polşa, Almaniya, Çexiya, Misir, Bolqarıstan və digər ölkələrin təhsil müəssisələrinin rəhbərlərinin və professor-müəllim heyətinin iştirakını yüksək dəyərləndirib.

Görüşün sonunda professor Yuriy Qoryaçov rektor, akademik Abel Məhərrəmova “Mədəniyyətlər dialoqunda təhsil: rus məktəbi dünyası” Forumunun və Rus dilinə dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin VIII konfransının keçirilməsinə göstərdiyi dəstəyə görə təşəkkürnamə təqdim edib.

Sonra  Beynəlxalq elmi-praktik forumun iştirakçıları universitetin Rus Mərkəzində rus dili kafedralarının müəllimləri ilə görüşüblər. Qonaqlara Rus Mərkəzinin yaranma tarixi, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, mərkəzdə mütəmadi olaraq rus mədəniyyətinin təbliği ilə bağlı tədbirlər, tələbələr üçün ödənişsiz rus dili kursları təşkil olunur, onların Mərkəzin Rusiyanın Azərbaycandakı səfirliyi  və rus icmaları tərəfindən təmin edilən zəngin kitabxanasından istifadəsinə şərait yaradılır.

Qonaqlar Mərkəzin fəaliyyətini və görülən işləri yüksək qiymətləndiriblər.

 

Mətbuat və informasiya şöbəsi, 5 oktyabr 2018-ci il.

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025