\"Beynəlxalq Jurnalistika Məktəbi\"nin növbəti təlimi Siyasi Psixologiya Mərkəzində keçirilib

21/02/2018

BDU-nun Jurnalistika fakültəsinin "Beynəlxalq Jurnalistika Məktəbi" layihəsinin növbəti təlimi Siyasi Psixologiya Mərkəzində baş tutub. Təlimçi millət vəkili, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Səməd Seyidov olub.

Millət vəkili əvvələcə layihə rəhbərləri, təlim iştirakçılarını salamlayıb, onları Siyasi Psixologiya Mərkəzində görməkdən məmnunluğunu ifadə edib. Səməd Seyidov jurnalistlərin sosial-siyasi sahədəki fəaliyyətlərinin önəmindən,  ölkəmizin  uğurlu informasiya siyasətindən,  Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafından, Azərbaycan - Ermənistan münasibətlərindən, o  cümlədən erməni lobbisinin Qarabağ münaqişəsinə təsirlərindən bəhs edib. Millət vəkili siyasi psixologiya, Şərq və Qərbin qədim və müasir siyasi sistemləri və onların psixoloji aspektləri barədə də  məlumat verib.

Sonda mövzular ətrafında müzakirələr  aparılıb və tələbələrin çoxsaylı sualları cavablandırılıb.

journalism.bsu.edu.az



Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026