Keçmiş məzunlar BDU-ya toplandı

16/05/2013

Bu gün Bakı Dövlət Universitetində Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin bir ay öncə yaradılmış Məzunlar Komitəsinin (AlumniCommittee) ilk tədbiri keçirilib. Komitənin sədri, universitetin magistrantı Anar Albəndəyev bildirib ki, Məzunlar Komitəsinin məqsədi vaxtilə BDU-da təhsil almış, təhsilini ölkədən xaricdə tamamlayaraq uğurlu karyera qurmuş gənc mütəxəssislərlə universitet arasında əlaqələrin qurulması, həmin insanlarla tələbələr arasında müntəzəm görüşlərin təşkil olunması, ümumiyyətlə məzun-universitet şəbəkəsinin yaradılmasından ibarətdir.

Tədbirin təşkil olunmasında komitə üzvləri ilə yanaşı fakültə rəhbərliyi, xüsusən dekan müavini Əlimusa İbrahimov yaxından iştirak edib.

Komitənin ilk qonaqları ABŞ səfirliyinin Məzunlara Dəstək proqramının kordinatoru Ramina Mürşüdova və Birləşmiş Millətlər Təşkilatının Bakı ofisinin əməkdaşı, beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis Ruslan İsmayılzadə olub.

BMT əməkdaşı tələbələr qarşısında "Beynəlxalq münasibətlər sahəsində uğur qazanmağın yolları” adlı təqdimatla çıxış edib. Sonra hər iki qonaq öz təhsil və iş təcrübələrini tələbələrlə bölüşüb. Tələbələrin böyük marağına səbəb olan müzakirələr zamanı spikerlər onların bir sıra suallarını cavablandırıb, təhsillərinin növbəti mərhələsinin seçilməsi, uğurlu karyera qurmaq və digər məsələlərlə bağlı məsləhətlərini veriblər.

Universitetin keçmiş məzunları olaraq tələbələrə lazım olan mövzularda hər zaman kömək etməyə, onların təşəbbüslərinə dəstək verməyə hazır olduqlarını qeyd edən qonaqlar tədbirin sonunda fərdi olaraq onlara yanaşan tələbələrin suallarını bir daha cavablandırıblar.

Görüşdən sonra təşkilatçılar və qonaqlarla görüşən Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin dekanı, professor Zeynal Həsənalıyev bu görüşü yüksək qiymətləndirdiyini, bu cür tədbirlərin çox böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Professor bu cür təşəbbüslərin universitetin rektoru, akademik Abel Məhərrəmov tərəfindən də hər zaman dəstəkləndiyini, təhsilimizin inkişafında bu görüşlərin vacibliyini vurğulayıb.

Mətbuat və İnformasiya şöbəsi, 16 may, 2013-cü il.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025