Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində AXC-nin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

17/04/2018

Bakı Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Yubileyə həsr olunmuş növbəti tədbir  Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində təşkil olunub.

Fakültənin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü, “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının dosent əvəzi Mətin Məmmədlinin dəstəyi ilə keçirilən seminarda  Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ilə yanaşı digər fakültələrin professor–müəllim heyəti, tələbələr, gənc tədqiqatçılar iştirak ediblər.

Seminarda BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsiman Yaqublu və jurnalist-araşdırmaçı Dilqəm Əhməd çıxış ediblər.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Vüsal Həsənzadə Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabinin fəaliyyəti dövründən, AXC-nin süqutu və mühacirət dövrü barədə geniş məlumat verib.

Sonda TEC-in fakültə üzrə elmi rəhbəri Əlimusa İbrahimov yubileylə əlaqədar silsilə tədbirlərin keçirilməsindəki xidmətlərinə görə fakültənin müəllimləri-Mətin Məmmədli, Ayşən  Aslan-Məmmədli, Eldar Cəfərov, Vəli Cəfərov, Aytən Qurbanova və fakültə üzrə TEC-in sədri  Şahmar Rüstəmliyə təşəkkürünü bildirib.

Mətbuat və informasiya şöbəsi, 17 aprel 2018-ci il.

Xəbərlər

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb
13/02/2026

Çinli tələbə: “BDU-dakı çoxmədəniyyətli mühit elmi inkişafıma töhfə verdi” - MÜSAHİBƏ

Çinli tələbə: “BDU-dakı çoxmədəniyyətli mühit elmi inkişafıma töhfə verdi” - MÜSAHİBƏ
12/02/2026

BDU ilə Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb
12/02/2026