Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

27/02/2015

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib. Faciənin ildönümə bir həftə qalmış fakültənin dekanı, professor Zeynal Həsənalıyev kafedraların genişləndirilmiş iclasını keçirib, tədbirlə bağlı məsələləri kafedra müdirləri ilə müzakirə edib. Fakültənin müəllimlərinə tapşırılıb ki, Xocalı faciəsi ilə əlaqədar ermənilərin qəddarlığını əks etdirən məlumat və informasiyalar istisnasız olaraq fakültədə təhsil alan hər bir tələbəyə bir daha xatırlanmalıdır. Fakültədə təhsil alan və valideynləri Xocalıdan olan tələbələr o faciəli gün haqqında qohum-əqrəbalarından eşitdiklərini tələbə yoldaşları ilə bölüşüblər. İldönümü ərəfəsində və 26 fevralda auditoriyaya daxil olan bütün müəllimlər dərslərini Xocalı faciəsinin qurbanlarını 1 dəqiqəlik sükutla yad etməklə və bu faciə haqqında öz fikirlərini auditoriya ilə bölüşməklə başlayıblar. Tələbə Gənclər Təşkilatı da öz növbəsində Xocalı faciəsini əks etdirən qisametrajlı film və kompazisiyaları nümayiş etdirib. Onların hazırladığı qısametrajlı filmin rus və ingilis dilinə çevrilərək xarici tərəfdaşlara göndərilməsi qərara alınıb. Fakültənin foyelərinin birində yaradılmış Xocalı guşəsi də tədbirlər silsiləsinə daxildir. Tədbirlərin son günündə-26 fevralada tələbələr bu guşədə bir daha qurbanların faciəsini yad edib və sonra universitet kollektivi ilə birlikdə Xətai rayonunda ucaldılmış Xocalı xatirə kompleksini ziyarət ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 27 fevral 2015-cü il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026