Beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsinin əməkdaşı Beynəlxalq elmi konfransda məruzə edib

02/06/2021

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Gülgün Quliyeva Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anadan olmasının 140 illik yubileyinə həsr olunmuş “Tarixdə şəxsiyyət” adlı XIV Beynəlxalq elmi konfransda iştirak edib.

G.Quliyeva konfransın panel iclasında “Hər bir azərbaycanlının qəlbində böyük Atatürk sevgisi var” mövzusunda məruzə edib. O, Atatürkün təkcə Türkiyə Cümhuriyyəti üçün deyil, eləcə də Azərbaycan Respublikası üçün qürür mənbəyi olmasından danışıb, bu tarixi şəxsiyyətin qəlbində böyük Azərbaycan sevgisi gəzdirməsini tarixi faktlarla konfrans iştirakçılarının nəzərinə çatdırıb. Bildirib ki, hər bir xalqın böyüklüyünü yalnız onun sayı, mədəniyyəti, siyasi-iqtisadi sahədəki uğurları ilə deyil, eyni zamanda, bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyətləri ilə müəyyən etmək olar. G.Quliyeva Millətlər Cəmiyyətinin öz qanunlarını Türkiyə Cümhuriyyətinə görə dəyişməsindən bəhs edərək bir ingilis jurnalistinin Atatürklə olan dialoquna diqqət çəkib.  G.Quliyeva sonra bildirib ki, dünyada günü-gündən qüdrətlənən Türkiyə Cümhuriyyəti Atatürkün əsəridir.

Qeyd edək ki, Ankarada onlayn formatda baş tutan konfrans Elger Beynəlxalq elm-tədris mərkəzinin təşkilatçılığı ilə keçirilib.

 

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026