Beynəlxalq ərəb dili gününə həsr olunmuş elmi-praktik seminar keçirilib

26/12/2018

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində beynəlxalq ərəb dili gününə həsr olunmuş “Misir tələbələrin gözü ilə” adlı elmi-praktik seminar keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.  Sonra Misir Ərəb Respublikasının Dövlət Himni tələbələrin ifasında təqdim olunub.

Fakültənin tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə seminarın keçirilməsinin əsas məqsədləri, Azərbaycan-Misir ədəbi-mədəni əlaqələri və ərəb dili barədə ətraflı çıxış edib. Sonra Ərəb filologiyası kafedrasının professoru, f.ü.e.d. Nəsrulla Məmmədov  və f.ü.f.d. Könül Eyvazova ərəb dili və yazısı, ərəb dilinin tarixi inkişafı, bu dilin tədrisi və tədqiqi sahəsində aparılan araşdırmalar haqqında məruzələr ediblər.

Tədbirdə Şərqşünaslıq fakültəsinin Regionşünaslıq (ərəb ölkələri üzrə) ixtisasının ikinci və dördüncü tələbələri – Nigar Bağırlı, Qəmər Rzayeva, Heydər Pərvazlı, Jalə Fərzəliyeva, İmran Sayılov, Lalə Zamanova, Elvina Həbibova, Pənah Məmmədzadə, Fidan Qədirova, Aydan Heydərli, Arzu Bağırova Misir Ərəb Respublikasının fiziki və iqtisadi coğrafiyası, tarixi, mədəniyyət və ədəbiyyatı barədə ərəb dilində təqdimatlar ediblər.

Sonda tədbir Ərəb filologiyası kafedrasının müəllimləri və misirli tələbələrin çıxışları, ərəbşünaslığa dair yazılmış yeni kitab və monoqrafiyaların təqdimatı ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 26 dekabr 2018-ci il.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026