Bilkənd Universitetinin professoru Rasim Özyürək Filologiya fakültəsinin qonağı olub

26/02/2018

Türkiyənin İhsan Doğramacı Bilkənd Universitetinin Bölgə Ölkələri üzrə Kurs Proqramları direktoru, professor Rasim Özyürək Filologiya fakültəsinin qonağı olub. Görüşdə dekan, dosent Elçin Məmmədov, Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, həmin kafedranın dosenti Qızılgül Abdullayeva, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları və tələbələr iştirak edib.

Qonağı salamlayan dekan Elçin Məmmədov Bilkənd Universiteti ilə Filologiya fakültəsi arasında uzun illər davam edən uğurlu əməkdaşlıqdan söz açıb. O bildirib ki, Bilkənd Universitetinin qurucusu, BDU-nun “Fəxri doktoru” İhsan Doğramacının ölkəmizə səfəri çərçivəsində universitetimizlə yaxından tanış olması hər iki ali təhsil müəssisəsi arasında əlaqələrin yaranması və inkişafında mühüm rol oynayıb. Bunun nəticəsidir ki, fakültənin müəllim və tələbələri hər il Bilkənd Universitetində təşkil olunan yay məktəbində aktiv iştirak edir. Dekan həmçinin qeyd edib ki, fakültənin alimləri hər il Bilkənd Universitetinin keçirdiyi Uluslararası Böyük Türk Dili Qurultayına da qatılırlar.

Sonra professor Rasim Özyürək BDU ilə bağlı xatirələrindən danışıb. Bildirib ki, Bilkənd Universitetinin Bölgə Ölkələri üzrə Kurs Proqramları Direktorluğu artıq 23 ildir ki, türk dillərinin aktual məsələləri, dil və ədəbiyyatın tədrisi metodikası, o cümlədən Türkiyə türkcəsinin öyrədilməsi istiqamətində “Türkiye Türkçesi Öğretimi Hizmet İçi Yaz Eğitim Kursları”nı həyata keçirir. Hər il BDU-nun müəllim və tələbələri də bu kurslarda uğurla iştirak edir və ən yüksək keyfiyyət göstəriciləri ilə başa vururlar. Qeyd olunub ki, kurs üçün budəfəki seçimdə tələbələrlə bərabər, daha çox türkologiya üzrə gənc tədqiqatçı və alimlərin iştirakına üstünlük veriləcək.

Daha sonra R.Özyürək Türkologiya kafedrası əməkdaşlarının iştirakı ilə tələbələrdən imtahan götürüb. İmtahandan sonra tələbələrin göstəriciləri müzakirə olunub. Nəticələr Bilkənd Universiteti rəhbərliyi tərəfindən təsdiqləndikdən sonra rəsmi şəkildə tələbələrə elan olunacaq.

philology.bsu.edu.az

Xəbərlər

BDU tələbələri sosial problemlərin həllində müasir texnologiyaların tətbiqi imkanları haqqında məlumatlandırılıblar

BDU tələbələri sosial problemlərin həllində müasir texnologiyaların tətbiqi imkanları haqqında məlumatlandırılıblar
22/04/2024

BDU-nun magistrantı Çexiyanın Karlova Universitetinin doktoranturasına qəbul olub

BDU-nun magistrantı Çexiyanın Karlova Universitetinin doktoranturasına qəbul olub
22/04/2024

BDU-da İFLA-nın fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib

BDU-da İFLA-nın fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib
22/04/2024