Bioekologiya kafedrasının magistrantları üçün beynəlxalq standartlara uyğun tədris proqramının təqdimat mərasimi keçirilib

13/04/2012

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarəolunması Proqramı” (BDİP) çərçivəsində Ekologiya və Torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının yeni istifadəyə verilmiş laboratoriyasında magistr pilləsi üçün beynəlxalq standartlara uyğun tədris proqramının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, fakültənin dekanı, dosent Nazim Şəmilov, Bioekologiya kafedrasının müdiri, professor Nərminə Sadıqova, o cümlədən Almaniyanın Greifswald Universitetinin nümayəndələri iştirak ediblər. Bioekologiya kafedrası üçün hazırlanmış bu proqram kafedranın alimləri, başda kafedra müdiri, biologiya elmləri doktoru, professor Nərminə xanım Sadıqova olmaqla, Almaniyanın Greifswald Universitetinin mütəxəssisləri tərəfindən tərtib olunub. Mərasimdə çıxış edən Greifswald universitetinin nümayəndələri proqramla bağlı fikirlərini bölüşüb, onun əhəmiyyəti barədə danışıblar.

Qeyd edək ki, tədris proqramının hazırlanma mərhələsində Almaniyadan dəvət olunmuş mütəxəssislər Bakı Dövlət Universitetində, universitetin nümayəndə heyəti isə Almaniyada səfərdə olublar. Nümayəndə heyətimiz Greiswald Universitetinin prorektoru və beynəlxalq əlaqələr üzrə şöbənin rəhbəri ilə görüş keçirib, gələcəkdə universitetlər arasında qarşılıqlı tələbə mübadiləsinin aparılması məsələləri barədə ətraflı müzakirələr aparıblar.

Mətbuat və İnformasiya Şöbəsi, 13 aprel 2012-ci il.

Xəbərlər

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir
17/02/2026

BDU aliminin "Print media istehsalı və texnologiyası" adlı dərs vəsaiti çap olunub

BDU aliminin "Print media istehsalı və texnologiyası" adlı dərs vəsaiti çap olunub
17/02/2026

BDU-da elmi seminar: “Radioaktiv maddələr və radioaktiv çirklənmə problemləri”

BDU-da elmi seminar: “Radioaktiv maddələr və radioaktiv çirklənmə problemləri”
17/02/2026