“Bioekologiya” kafedrasının əməkdaşları almanlarla çöl təcrübəsində olublar

08/02/2013

4-8 fevral 2013-cü il tarixində Ekologiya və torpaqşünaslıq fakültəsinin, “Bioekologiya” kafedrası və Almaniya-Azərbaycan Əməkdaşlıq Birliyinin birgə təşkil etdiyi “Qışlayan su-bataqlıq quşlarının təyin edilməsi və monitorinqi” mövzusunda təlimin II-ci hissəsi keçirilib. Təlim çərçivəsində işçi qrupun Salyan rayonuna çöl təcrübəsi ezamiyyətləri baş tutub. Ekspedisiya zamanı   obyektlərin( su-bataqlıq quşları) bir neçə sahədən müşahidəsi aparılıb və növlər müəyyən edilib. Ezamiyyətin marşrutu belə olub: Hacıqabul gölü, Mahmudçala gölü, Bolqar-çay su anbarı, Kürün deltası, Kiçik Qızılağac Körfəzi, Şirvan Milli Parkı əraziləri.

Həmin təlimdə Bioekologiya kafedrasının müəllim və əməkdaşları ilə yanaşı Biologiya fakültəsinin Onurğalılar zoologiyası kafedrasının müəllim və əməkdaşları da iştirak ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 08 fevral 2013-cü il.

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026