Biologiya fakültəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

25/01/2022

24 yanvar 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Milli Məclisin üzvü, Genetika kafedrasının müdiri Kamilə Əliyeva, Tarix fakültəsinin dosenti Ələmdar Şahverdiyev çıxış edərək 20 Yanvar gecəsində Azərbaycan xalqına qarşı törədilmiş faciə, onun baş vermə səbəblərinin xronoloji ardıcıllığı və faciənin törədilməsində günahkar olanlar faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə hər bir gəncin Azərbaycan naminə, onun inkişafi uğrunda, milli-mənəvi dəyərləri qorumaqla göstərdiyi fəaliyyəti zaman şəhidlərimizin ruhu qarşısında hesabat verməyə hazır olmağı aşılamaq haqqında danışılıb.

Sonra Biologiya fakültəsinin tələbəsi Vüsalə Zeynallı şəhidlər haqqında şeirlər səsləndirib, 20 Yanvar faciəsinin xalqımızın yaddaşına kədər və hüzn olması ilə bərabər, həm də qürur və qəhrəmanlıq səlnaməsi kimi həkk olunduğunu bildirib.

Çıxışlardan sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin yekununda Zoologiya və fiziologiya kafedrasının müəllimi Səbinə Əsgərova məktəbli övladı Xədicə Əsgərovanın yazdığı “Anlatamam kimsəyə” adlı şeirini səsləndirib.

Xəbərlər

"Azerbaijan International Mining Company Limited" şirkətinin BDU-da xüsusi auditoriyası açılıb

"Azerbaijan International Mining Company Limited" şirkətinin BDU-da xüsusi auditoriyası açılıb
19/12/2025

BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir

BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir
18/12/2025

BDU-da Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin uşaqları üçün ekskursiya və aqro-təlim

BDU-da Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin uşaqları üçün ekskursiya və aqro-təlim
18/12/2025