Biologiya fakültəsində birinci kurs tələbələri ilə onlayn görüş keçirilib

04/11/2020

2020-ci il 3 noyabr tarixində Bakı Dövlət Universitetində (BDU) Biologiya fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə onlayn görüş kecirilib. Görüşdə Biologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Virtual görüşdə fakültənin dekanı vəzifəsini icra edən Səbinə Ömərova universitetə qəbul olmaq münasibətilə tələbələri təbrik edərək, onlara fakültə və seçdikləri ixtisaslar haqqında ətraflı məlumat verib. Tələbələrə BDU-dakı mövcud təhsil və tədris sistemi, onların biliyinin qiymətləndirilməsi, imtahanların təşkili haqqında məlumat verilib, universitetdə yaxşı təhsil almaq üçün hər bir şərait yaradıldığını bildirilib. Tələbələrə həmçinin dərs cədvəli, qiymətləndirmə mühazirə, məşğələ, laboratoriya dərsləri ilə bağlı əsas anlayışlar izah olunub.

Microsoft Teams platforması vasitəsi ilə baş tutan görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

 

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026