Biologiya fakültəsində canlı sistemlərdə maqnit xassələrinin yaranması mexanizmləri tədqiq edilir

24/05/2021

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilov və kafedranın dosenti Aygün Nəsibova “Canlı sistemlərin ekoloji stress vəziyyətlərinin qiymətləndirilməsində EPR radiospektroskopiyanın rolu” mövzusunda məruzə ilə çıxış ediblər.

Dosent Aygün Nəsobova çıxışda müxtəlif bitki növlərinin və heyvan orqanizmlərinin ekoloji stress vəziyyətlərinin qiymətləndirilməsində  Elektron Paramaqnit Rezonans (EPR) metodunun üstünlüyü və rolu barədə məlumat verib. EPR metodu ilə canlı sistemlərdə maqnit xassələrinin yaranması mexanizmlərini göstərib. Professor Rövşən Xəlilov çıxış edərək stress amillərin bitkilərdə fotosintez prosesinə təsiri barədə aldığı nəticələr barədə məlumat verib. Eyni zamanda alınan nəticlərin tibbdə tətbiqinin əhəmiyyəti barədə müzakirələr aparılıb.

Seminarda BDU-nun Biologiya fakültəsinin professor-müəllim heyəti, Azərbaycan Tibb Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının tədqiqatçı alimləri iştirak ediblər.

 

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026