Biologiya fakültəsində şəhidlərin xatirəsinə ehsan verilib

19/01/2012

Bu gün Biologiya fakültəsində 20 Yanvar və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb. Qeyd edək ki, 20 il idi ki, ehsan süfrəsini fakültənin dosenti, biologiya elmləri namizədi Mələk xanım Qasımzadə təşkil edirdi. Ötən ay dünyasını dəyişən Mələk xanımın bu ənənəsi oğlu, fakültənin müəllimi, biologiya elmləri namizədi Anar Məmmədov tərəfindən davam etdirilib. Ehsan Mələk xanımı işlədiyi otaqda verilib.


Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Mətbuat və İnformasiya şöbəsi, 19  yanvar 2012-ci il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026