Biologiya fakültəsində Vətən Müharibəsinin qaziləri ilə görüş keçirilib

17/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun qaziləri ilə onlayn görüş keçirilib.

Tədbirdə canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Biologiya fakültəsinin dekanı vəzifəsini icra edən Səbinə Ömərova tədbiri giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən və qəhrəman qazilərimizin şücaətindən bəhs dərək onları düşmən üzərində qazanılan tarixi qələbə münasibətilə təbrik edib, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq nümunəsi olduğunu diqqətə çatdırıb, onları vətənpərvər böyüdən valideynlərə minnətdarlığını bildirib. S.Ömərova Azərbaycan əsgərinin xalqımıza böyük qələbə sevinci yaşatdığını qeyd edərək bildirib ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlayan ordu quruculuğu prosesi bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən Vətən müharibəsinin qaziləri Hikmət Məmmədov və Müzəffər Bahadırov müharibə xatirələrini iştirakçılarla bölüşüb, bundan sonra da Vətənin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.

Daha sonra Biologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Musa Cabbarov, müəllimlər - Sevinc Məmmədova, Sevinc Hümbətova, Məhnurə Rəhimova gənc nəslin vətənpərvər ruhda böyüməsində bu kimi tədbirlərin əhəmiyyətindən bəhs ediblər.

Çıxışlarda Vətən müharibəsində BDU-nun tələbə və məzunlarının rəşadət və şücaət göstərdiyi, onlardan şəhidlik zirvəsinə ucalanlar olduğu da qeyd edilib.

Sonda tələbələrin hərbi-vətənpərvərlik mövzusunda çıxışları dinlənilib.

Xəbərlər

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
24/04/2024