Biologiya fakültəsinin əməkdaşları Qızılağac və Hirkan Milli Parkında tədqiqat aparıb

16/08/2022

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin  əməkdaşları  Qızılağac və Hirkan Milli Parkında tədqiqat aparıblar. Tədqiqat zamanı son illər ətraf mühitdə baş verən təbii və antropogen  dəyişikliklər, qlobal istiləşmə probleminin biomüxtəlifliyə təsiri və  nəticədə yaranmış  hazırkı vəziyyət müşahidə olunub. Qızılağac Milli Parkında Kiçik Qızılağac körfəzini Böyük Qızılağac körfəzi ilə birləşdirən Balıqötürən, Qəza və Kürütökmə kanallarında da müşahidələr aparılıb. Kiçik Körfəzə axan Viləş çayının deltasında sel vasitəsilə gələn münxtəlif növ ağac və kol bitkilərdən formalaşmış meşə örtüyü, formalaşan flora və fauna növləri  kompleks parametrlər üzrə müqayisəli təhlil edilib. Tədqiqat müddətində həmçinin Azərbaycan Respublikasının Qırmızı Kitabının 3-cü nəşrinə daxil edilməsi nəzərdə tulan bitki və heyvan növlərinə aid materiallar da toplanıb. Hirkan Milli Parkında Xanbulan dəryaçasına yaxın ərazilərdə flora və fauna növləri  təhlil edilib. Ərazi üçün xarakterik olan endemik və relik flora və fauna növlərinə təbii və antropogen faktorların təsiri analiz edilib.

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026