“Bir” Tələbə-Könüllü Proqramının birinci kurs tələbələri üçün təqdimatı keçirilib

31/10/2017

Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin təşəbbüsü ilə “Bir” Tələbə-Könüllü Proqramının birinci kurs tələbələri üçün təqdimatı keçirilib.Təqdimatdan öncə “BİR” Tələbə-Könüllü Proqramını əks etdirən videorolik nümayiş etdirilib.

Tədbirdə çıxış edən BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektorluğunun əməkdaşı Rəşad Hüseynovgənclərə tövsiyələrini verib, onları könüllü olmağa, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməyə çağırıb.

“Bir” Tələbə – Könüllü proqramının yaranması haqqında birinci kurs tələbələrinə ətraflı məlumat verən proqramın meneceri Canoğlan İlyasov tələbələrin inkişaf etməsi və təcrübə qazanması üçün Təhsil Nazirliyinin bu proqramı təklif etdiyini bildirib. Həmçinin, proqramın yaranması, fəaliyyəti, məqsədi, üstünlükləri və gənclər üçün yaratdığı imkanlar haqda geniş məlumat verilib. Tədbir proqramın universitetdəki koordinatorlarının çıxışları və təqdimat videolarının nümayişi ilə davam edib.

Sonda tələbələr üçün əyləncəli viktorina keçirilib.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən yaradılıb.Tələbələrin asudə vaxtlarını səmərəli edəcək, onların müxtəlif tədbir və təlimlərdə iştirakını təmin edəcək, yardıma ehtiyacı olan şəxslərə köməklik göstərilməsində iştirak edəcək bu Proqram 6 müxtəlif istiqamətdən - Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşfet, Zövq al - dan ibarətdir.

Mətbuat və informasiya şöbəsi, 31 oktyabr 2017-ci il.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026