Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq

04/12/2020

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Vətən müharibəsində həlak olmuş şəhidlərlə bağlı paylaşım edib. Paylaşımı təqdim edirik:
“Əziz qardaşlar və bacılar!
Bu gün biz Vətən müharibəsi döyüşlərində həlak olmuş şəhidlərin xatirəsini yad edirik.
Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib.
Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir.
Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu!
Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq.
Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin! Uca Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun!”.

https://azertag.az/xeber/

Xəbərlər

BDU rektoru Məleykə Abbaszadə “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında qalib olan tələbələrlə görüşüb

BDU rektoru Məleykə Abbaszadə “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında qalib olan tələbələrlə görüşüb
24/11/2026

BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib

BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib
24/11/2026

BDU-nun iki komandası ICPC-nin yarımfinal mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin yarımfinal mərhələsinə vəsiqə qazanıb
23/11/2026