Birinci “Yüksəliş” müsabiqəsinin qalibi proqrama qəbul olunan BDU tələbələri ilə görüşüb

04/12/2023

“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramının növbəti görüşü keçirilib.

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Ruslan Mirzəliyev proqrama qəbul olunan Bakı Dövlət Universitetinin (BDU) tələbələri Cavid Mirzəzadə, Nihad Rəhimli və Eltac Allahyarlı ilə tanışlıq görüşü keçirib. Ruslan Mirzəliyev DOST Agentliyinin fəaliyyəti çərçivəsində cəmiyyətdə sosial məsələlərin həlli, texnologiya və innovasiyanın tətbiqi, tələbələrin cəmiyyət üzərində innovativ sahələrdə qazandığı təcrübələrdən danışıb. O, tələbələri fərdi inkişaf istiqamətləri barədə məlumatlandırıb, onlara həm fərdi, həm də sosial sahədə daha böyük nailiyyətlər qazanmaq üçün kömək göstərəcəyini bildirib. Ruslan Mirzəliyev Mentorluq proqramının gələcək gedişatı ilə bağlı atılacaq addımları bölüşüb.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026