Birləşmiş Ərəb Əmirliklərinin Şərca Universitetinin əməkdaşları Şərqşünaslıq fakültəsində

10/04/2018

BDU-nun Şərqşünaslıq fakültəsində Birləşmiş Ərəb Əmirlikləri Şərca Universitetinin Humanitar elmlər fakültəsinin müəllim və tələbələri ilə görüş olub. Ərəb filologiyası kafedrasının professor-müəllim heyəti və ərəb ölkələri üzrə regionşünaslıq ixtisasının tələbələri ilə keçirilən görüşdə dekan müavini Cavanşir Məmmədzadə ərəb ölkələri, xüsusilə də BƏƏ ilə Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin inkişafından bəhs edib. Dekan müavini, eyni zamanda, fakültənin beynəlxalq əlaqələri, Şərq ölkələri ilə ədəbi-mədəni və elmi müstəvidə olan əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi kimi məsələlərdən danışıb. Sonra Humanitar elmlər fakültəsinin müəllimi Amr Əlsüheyli BƏƏ-nin təsisçisi və keçmiş prezidenti şeyx Zaid bin Sultan Əlnəhyanın daxili və xarici siyasəti, ölkəsinin Azərbaycan ilə elmi-mədəni əlaqələri haqqında məlumat verib.

Qeyd edək ki, tədbirdə Tarix fakültəsi Asiya və Afrika ölkələri tarixi kafedrasının müəllim və magistrantları da iştirak ediblər.

 

Mətbuat və informasiya şöbəsi, 10 aprel 2018-ci il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026