BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

30/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri “Azerbaijan Fish Farm” MMC, “Biyan products” MMC, "Azərfarm" LTD, Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin Əczaçılığın idarə edilməsi laboratoriyasında istehsalat təcrübəsində olublar.

“Azerbaijan Fish Farm” MMC-də tələbələrə ixtisaslaşmış damazlıq təsərrüfatının fəaliyyəti, zavodda quraşdırılmış müasir standartlara cavab verən qurğuların iş prinsipi izah edilib, tələbələr nərə növləri ilə tanış olublar.

“Biyan products” MMC-də təcrübə zamanı tələbələrə bildirilib ki, müəssisənin yaradılmasında məqsəd müasir texnologiyalardan istifadə edərək, emal olunmuş biyan kökü və biyandan hazırlanan 100 faiz bitki mənşəli, bioloji fəallığa malik qida əlavələrini dünya bazarına çıxarmaqdır. Ümumi sahəsi 11 hektar olan Biyan Sənaye Parkının ərazisinə Biyan tədarükü və emalı zavodu, Bitki ekstraktı və siropu zavodu, digər yardımçı binalar daxildir. Tələbələr zavodun iş prinsipi, dərmanlarım alınma texnologiyası ilə tanış olublar.

Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin Əczaçılığın idarə edilməsi laboratoriyasında təcrübə zamanı kafedranın professor-müəllim və laborant heyəti müxtəlif növ dərman preparatlarının formasının, tərkibinin hazırlanması, müasir texnologiyalı cihaz və qurğuların istifadə qaydası barədə tələbələrə məlumat verib.

"Azərfarm" LTD şirkəti yerli istehsalla məşğul olur və əsasən digər ölkələrdən idxal olunmuş yarımfabrikat məhsulların ikinci istehsalını sona çatdırır. Burada təcrübə müddətində tələbələr şirkətdə müxtəlif farmakoloji qruplardan olan tablet, kapsul, məlhəm, inyeksiya, məhlul və şərbət formalı 70 -ə yaxın dərman preparatının istehsalat prosesi ilə tanış olublar.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026