"Biz sadəcə güzgüyük” layihəsinin Bakıda keçirilən mərhələsi başa çatıb

01/10/2018

Education HUB-un təşkilatçılığı ilə “İnkişaf Zamanı” təhsil proqramı çərçivəsində  “Biz sadəcə güzgüyük” layihəsi həyata keçirilib. NAYORA-nın və Sabunçu Gənclər Evinin təşkilatı dəstəyi ilə keçirilən təlimin ilk günü stereotiplər, zərərli vərdişlər, seçim azadlığı kimi məsələlərə toxunulub. Təlimin növbəti günü 8 və 9-cu siniflərdə oxuyan 24 nəfər şagirdin təqdimatında qeyd olunan mövzularla bağlı Forum Teatr keçirilib.Layihənin ikinci mərhələsinin 13-14 oktyabr tarixlərində Neftçalarayonunda həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Education HUB-un təşkilatçılığı ilə “İnkişaf Zamanı” təhsil proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin əsas məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir.

Layihənin təşkilatçıları Bakı Dövlət Universiteti və Dövlət İdarəçilik Akademiyasının tələbələrdir.


Mətbuat və informasiya şöbəsi, 01 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026