“Bizim söz” qəzeti fəaliyyətini bərpa etdi

20/04/2012

Ölkənin nüfuzlu nəşrlərindən olan, ziyalılar, yaradıcı adamlar arasında populyarlığı ilə seçilən “Bizim söz” qəzeti yenidən nəşrə başlayıb. Qəzet bu sayından etibarən Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-İnformasiya fakültəsinin nəzdindəki Tələbələrin Yaradıcılıq Klubunun təşkilati dəstəyi ilə nəşr ediləcək. Kitabxanaşünaslıq kafedrasının müdiri? professor Abuzər Xələfovun tövsiyələri, fakültənin dekanı dosent Azad Qurbanovun bilavasitə dəstəyi ilə nəşrə başlayan qəzetin bu sayında BDU-nun Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslanın fakültənin həyatına, xüsusilə son aylar fakültədə aparılan mühüm dəyişiklərə həsr edilmiş analitik məqaləsi “Kitabxanaçılıq-informasiya fakültəsi yeni inkişaf yollarında” başlığı ilə qəzetin əsas (manşet) məqaləsi kimi dərc edilib. Bu məqalədə ümumən universitetin, eləcə də fakültənin inkişafındakı xidmətlərinə görə BDU-nun rektoru akademik Abel Məhərrəmovun fəaliyyəti yüksək qiymətləndirilib. Bundan  əlavə qəzetin yeni sayında professor Elçin Əfəndiyevin “Müasir humanitar təfəkkür” adlı məqaləsi, professor Abuzər Xələfovun, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalının, Azərbaycan radiosunun əməkdaşı, şairə Günay Novruzun, Türkel-TV nin Baş direktor müavini Hikmət Əsgərovun maraqlı müsahibələri, Fikrət Sadığın, Elnur Bayramın, Əvəz Qurbanlının, Elşən Əzmin şeirləri, Arif Alimin hekayəsi və digər maraqlı yazılar dərc edilib.

Qəzetin baş redaktoru Ələmdar Cabbarlı, məsləhətçisi Knyaz Aslan, redaktoru Nofəl Ədalətdir. 
“Bizim söz” bütün tələbələri, gəncləri, yaradıcı insanları əməkdaşlığa dəvət edir. İstənilən mövzuda olan yazılar qəzetin elektron ünvanına (bizimsozqezeti@mail.ru) göndərilə bilər.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 20 aprel 2012-ci il.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024