BDU könüllülərinin “Suraxanı” gəmi-muzeyinə ekskursiyası

12/03/2024

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə üzvlərinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinə ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı tələbə-gənclərə gəmi-muzeyi və Azərbaycanda gəmiçiliyin inkişafı ilə bağlı məlumat verilib. Sonra könüllülər eksponatlar ilə yaxından tanış olublar.

Qeyd edək ki, “Suraxanı” gəmi-muzeyi dünyada ilk tanker tipli muzeydir. Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə bir sıra innovativ yeniliklərə imza atılıb. Burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlar nümayiş etdirilir.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026