“Bəkir Çobanzadə və ümumtürk ədəbi dili məsələsi” mövzusunda elmi seminar

05/12/2017

Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “Bəkir Çobanzadə və ümumtürk ədəbi dili məsələsi” mövzusunda elmi seminar keçirilib. Seminara fakültənin bakalavriat, magistrant və doktorantları qatılıb. Mövzu üzrə məruzə edən “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı, TEB-in sədri Pərvin Eyvazov görkəmli dilçi alimin ümumtürk ədəbi dili məsələsi ilə bağlı tədqiqatlarından ətraflı söz açıb, bu istiqamətdə B.Çobanzadənin həm elmi, həm də ictimai fəaliyyətindən bəhs edib. Həmçinin məruzəçi müasir türkologiyada ümumtürk ədəbi dili məsələsinə münasibətdən, türk coğrafiyasında həyata keçirilən layihələrdən və B.Çobanzadənin bu gün də öz aktuallığını saxlayan fikirlərindən danışıb.

Sonra mövzu ilə əlaqədar çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb. Doktorantlardan Anar Fərəcov, Gülnar Axundova, magistrantlardan Həvva Əhmədova, Pərvin Rəhimov, İntizar Əlizadə, Fuad Əmənov və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, gələcəkdə belə seminarların mütəmadi olaraq keçirilməsinin zəruriliyini qeyd ediblər.

Elmi seminardan sonra TEB-in bu tədris ili üçün ilk genişləndirilmiş iclası keçirilib. İclasda gündəlik məsələlər müzakirə olunub, qarşıda duran vəzifələrdən danışılıb. Növbəti il üçün birliyin idarə heyətində bir sıra dəyişikliklərin edilməsi ilə bağlı təkliflər səsləndirilib.

Mətbuat və informasiya şöbəsi, 05 dekabr 2017-ci il.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026