Boğaziçi Universitetinin professoru BDU-da müasir topologiyanın problemlərinə dair məruzə edib

01/02/2024

Bakı Dövlət Universitetinin (BDU) hədəflərindən biri də dünyanın tanınmış universitet, elmi-tədqiqat institut və mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə elmi-tədqiqatların, təcrübə mübadiləsinin aparılması, müxtəlif elm sahələri üzrə tanınmış alimlərin dəvət olunmasıdır.

Türkiyənin Boğaziçi Universitetinin professoru Çağrı Karakurt BDU-da müasir topologiyanın problemləri üzrə məruzə edib. Seminarda BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun, Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin əməkdaşları, eləcə də doktorant və gənc tədqiqatçılar iştirak ediblər.

Məruzəçi bildirib ki, 1960-cı illərdə alınan bir sıra nəticələr aşağı ölçülü topologiyalara diqqət yetirməyə səbəb olub. Tanınmış riyaziyyatçı Stiven Smeyl 1961-ci ildə Puonkare problemini yüksək ölçülü fəzalarda həll etsə də, üç və dördölçülü hallar üçün problem həll olunmamış qaldı. Bu isə yeni üsulların tətbiqini tələb edirdi.1982-ci ildə bu problem dördölçülü halda Maykl Fridon, 2002-ci ildə isə üç ölçülü halda Oriqoriy Perelman tərəfindən həll olundu.

Məruzəçi qeyd olunan məsələlər haqqında iştirakçıları məlumatlandırıb, Briskorn məxsusiyyətli Milnor qatlarında Şteyn tutacaqlarının diaqramlarının təsvirini verib. Məxsusi halda verilən məsələni hamar hala gətirərək keçidlərdə xronik təmas strukturunun təbii simplektik əməliyyatının öyrənilməsini izah edib. Əməliyyatın iki müxtəlif interpretasiyasını verib.

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub
22/05/2026

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”
22/05/2026