Bolqarıstan Prezidenti Rosen Plevneliyev BDU-nun fəxri doktoru oldu

10/03/2016

Bakı Dövlət Universitetində Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib. Çıxış edən rektor, akademik Abel Məhərrəmov dünyanın tanınmış siyasətçilərindən biri, qardaş Bolqarıstan Respublikasının Prezidenti, müasir dünyada elmin və demokratiyanın inkişafına layiqli töhfələr vermiş Rosen Plevneliyevin Bakı Dövlət Universitetində olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, prezident Rosen Plevneliyev dövlət başçısı İlham Əliyevin tövsiyəsi ilə martın 10-11-də “Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edib.

Qonaq haqqında məlumat verən rektor Abel Məhərrəmov bildirib ki, R.Plevneliyev Bolqarıstanın çiçəklənməsi, demokratik dəyərlərin möhkəmlənməsi, ölkənin Avropa yönümlü tərəqqisi, həmçinin elmin və təhsilin  inkişafı üçün böyük işlər görüb. Ali qonağın prezident seçildiyi gündən Dağlıq Qarabağ məsələsində Azərbaycana davamlı dəstəyi olduğunu, ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini,  Bolqarıstan və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini də xüsusi vurğulayıb.

Azərbaycan xalqı, dünya elmi və mədəniyyəti qarşısında, habelə xalqlar arasında dostluq, beynəlxalq əlaqələr, insan haqları, demokratiyanın inkişafı sahəsində böyük xidmətlər göstərmiş bir sıra tarixi şəxsiyyətlərin Bakı Dövlət Universitetinin fəxri doktoru olduğunu deyən rektor universitetin Elmi Şurasının iclasında cənab Rosen Plevneliyevə BDU-nun fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edildiyini  nəzərə çatdırıb. Bolqarıstan Prezidenti “dünyada sülhün qorunmasında, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində böyük roluna, Azərbaycan-Bolqarıstan  Respublikaları  arasında  qardaşlıq münasibətlərinin daha da inkişafında əvəzsiz  xidmətlərinə, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə  görə” Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görülüb.

Prezident R.Plevneliyev, öz növbəsində, Azərbaycan-Bolqarıstan münasibətlərinin, o cümlədən təhsil sahəsində  əlaqələrin gələcək inkişafında maraqlı olduğunu xüsusi vurğulayıb. Prezident Bakı Dövlət Universitetinin onda xoş təəssürat yaratdığını bildirib, ona verilən yüksək ada görə universitetin Elmi Şurasına təşəkkür edib. Sonda prezident R.Plevneliyev tədbirdə iştirak edən tələbələrin  suallarını cavablandırıb.

Mətbuat və informasiya şöbəsi, 10 mart 2016-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024