BDU tələbələri BP-nin təcrübə proqramı barədə məlumatlandırılıb

26/12/2022

BP şirkətinin əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin tələbələri ilə görüşüblər.

Görüşdə Geologiya fakültəsinin rəhbərliyi, BP-nin Kadrlar şöbəsinin əməkdaşları Xədicə İsmayılova, Mehriban Şıxzamanova, Nəzrin Nağıyeva iştirak ediblər.

BP əməkdaşları tərəfindən şirkətin təcrübə proqramı haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, təcrübə proqramı rəqabətədavamlı əməkhaqqı almaq, yüksəkixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışmaq, maraqlı layihə və əməliyyatlarda iştirak imkanı qazandırır. Proqram tələbələrə eyni zamanda uğurlu karyera üçün lazım olan texniki və fərdi bacarıqları inkişaf etdirmək şansı yaradır.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026