“BP” şirkətinin vitse-prezidenti ilə onlayn görüş keçirilib

28/08/2020

Avqustun 28-də Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professor-müəllim heyəti və magistrantlarının “British Petroleum” (BP) şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə onlayn görüşü keçirilib.

Onlayn görüşdə Bəxtiyar Aslanbəyli “Azərbaycanın enerji strategiyası” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycanın neft-qaz resurslarının istehsalı, həmçinin satışının təşkili, xarici ölkələrə ixracı, beynəlxalq bazarlara çatdırılması, Cənub qaz dəhlizi və ona aid olan Cənubi Qafqaz qaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum), TAP və TANAP layihələrinin genişləndirilməsi kimi məqamlara aydınlıq gətirib.

Bəxtiyar Aslanbəyli eyni zamanda, yeni layihələrin idarə olunması, bu layihələrin həmin ölkələrin maraqlarına uyğunlaşdırılması, kommersiya cəhətdən əsaslandırması və rentabelliliyi, təminatlı ixrac bazarı, alternativ və bərpa olunan enerji layihələri barəsində ətraflı məlumat verib.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyevin moderatorluğu ilə keçən onlayn görüş qarşılıqlı diskussiya şəraitində davam edib.

Xatırladırıq ki, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, həmçinin Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvüdür.

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir
05/10/2026

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
05/10/2026