BQXK-nın regional əlaqələndiricisi BDU-nun Hüquq fakültəsinin tələbələrinə mühazirə oxuyub

27/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə görüş keçirilib.

Komitənin Şərqi Avropa üzrə regional əlaqələndiricisi, beynəlxalq humanitar hüquq sahəsində tanınmış beynəlxalq ekspert Andrey Kozik tələbələrə “Beynəlxalq humanitar hüququn əsasları” mövzusunda mühazirə deyib. Mühazirədə müasir dövrdə baş verən silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn tətbiqi qaydaları, bu zaman yaranan problemlər, innovativ texnologiyalardan istifadə barəsində məlumat verilib.

Görüş zamanı Hüquq fakültəsi ilə BQXK arasında əməkdaşlıq əlaqələri və birgə tədbirlərin həyata keçirilməsi, müəllim və tələbələrin dəstəklənməsi məsələləri müzakirə olunub. Tələbələr belə mühazirələrin onların nəzəri bilikləri və praktiki bacarıqlarının artırılmasında xüsusi əhəmiyyət daşıdığını, gələcəkdə peşəkar hüquqşünas kimi formalaşmalarında müstəsna rol oynayacağını qeyd ediblər.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

 

 

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026