“Breyn-Rinq” intellektual oyunu üzrə “I BDU Kuboku”nun final mərhələsi

26/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər  Təşkilatının (TGT) və “Maqnat” İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə BDU TGT-nin 20 illik yubileyinə həsr edilmiş “Breyn-Rinq” intellektual oyunu üzrə “I BDU Kuboku”nun final mərhələsi keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
BDU TGT-nin sədri Harun Mehdiyev intellektual oyunlarının gənclərin inkişafındakı rolundan danışaraq, iştirakçılara uğurlar arzulayıb.

Yarışda BDU-nun Tarix fakültəsinin “Scriptorium” komandası Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Armageddon” komandasını 3:0 üstünlüklə məğlub edərək, “Breyn-Rinq” üzrə “I BDU Kuboku”nun qalibi olub. Hüquq fakültəsinin “İttihad” komandası III yer uğrunda mübarizədə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Feniks” komandasına 2:0 hesabı ilə qalib gəlib. Sonda qaliblər kubok, medal və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, “I BDU Kuboku”nun keçirilməsində məqsəd  tələbələrin intellektual bacarıqlarının, liderlik keyfiyyətlərinin artırılması və sağlam rəqabətlilik mühitinin formalaşdırılmasıdır.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026