“İbri dili və ədəbiyyatının tədrisində ənənəvilik və innovativ metodlar”

20/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi və Türkiyənin Ərciyəs Universitetinin müəllimlərinin iştirakı ilə “İbri dili və ədəbiyyatının tədrisində ənənəvilik və innovativ metodlar” mövzusunda onlayn dəyirmi masa keçirilib.

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan iştirakçıları salamlayaraq, bu tədbirlə hər iki universitet arasında dostluq körpüsünün əsasının qoyulduğunu, gələcəkdə bilik və təcrübə mübadiləsinin aparılmasının zəruri olduğunu qeyd edib.

BDU-nun Şərqşünaslıq fakültəsinin məzunu olan Ərciyəs Universitetinin Ədəbiyyat fakültəsinin araşdırma mütəxəssisi Arzu Cebe müəllimləri ilə bilik və təcrübəsini paylaşmasından qürur duyduğunu qeyd edib, dərs dediyi fakültənin fəaliyyəti haqqında məlumat verib.

Tədbirdə Ərciyəs Universitetinin müəllimi Elşən Qurbanov tədris fəaliyyətinin mövzu üzrə planlaşdırılması, müəllim Elxan Allahverdiyev isə ibri dilinin əyani və distant tədrisində “Moodle” platformasından istifadə barədə çıxış ediblər.

Şərqşünaslıq fakültəsinin ibri dili müəllimi Təranə Hüseynbalayeva tədris fəaliyyətində istifadə etdiyi yeni metodik və dərs vəsaitlərinə dair təcrübəsini həmkarları ilə bölüşüb.

Fakültənin müəllimləri Gülnarə Abdullayeva, Gülər Qasımova və Ayxan Qarayev  Yəhudi ədəbiyyatı fənninin tədrisinin əsas istiqamətləri, ibri dilinin distant tədrisində müasir texnologiyanın rolu, ibri dilində danışıq bacarıqlarının inkişafında əsas metodik üsullar haqqında fikir mübadiləsi aparıblar.

Şərqşünaslıq fakültəsinin magistrantları Jalə Səmədova və Zeynəb Öner də öz tədqiqat işlərinin elmi və praktiki əhəmiyyəti haqqında məlumat veriblər.

Tədbirin sonunda fakültənin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə çıxış edərək, gələcəkdə belə görüşlərin davamlı keçirilməsinin zəruriliyini bildirib.

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa
28/04/2026

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
28/04/2026